“Zirvəyə qalxaq?!” kütləvi yürüşü

18 oktyabr 2026 - 18 oktyabr 2026

10:00

Tədbir haqqında:

Oktyabrın 18-də saat 10:00-da “Zirvəyə qalxaq?!” adlı kütləvi yürüş keçiriləcək.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək tədbir çərçivəsində iştirakçılar pilləkənlərlə Dağüstü park istiqamətində yürüş edəcəklər.

İştirakçılar saat 09:00-dan etibarən Funikulyor Meydanında toplaşacaqlar. Yürüşə start həmin ərazidən veriləcək, finiş isə Dağüstü Parkın ən yüksək nöqtəsində, “Mənzərə” restoranının yaxınlığında müəyyənləşdirilib.

Ümumi yürüş xarakteri daşıyan tədbirdə iştirak edən hər kəsə finişə çatdıqdan sonra xatirə medalı təqdim olunacaq.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Funikulyor Funikulyor
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər