15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı

22 oktyabr 2026 - 31 oktyabr 2026

10:00

Tədbir haqqında:

22–31 oktyabr 2026-cı il tarixlərində Azərbaycanda 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk FIFA Dünya Çempionatı və Festivalı keçiriləcək.

FIFA-nın yeni beynəlxalq layihəsi olan turnir gənc futbol istedadlarının üzə çıxarılması, onların beynəlxalq rəqabət mühitində inkişafı və ölkələr arasında idman əlaqələrinin genişləndirilməsi məqsədini daşıyır. Dünyanın müxtəlif qitələrindən milli komandaların iştirak edəcəyi yarış Azərbaycanı yenidən qlobal futbol ictimaiyyətinin diqqət mərkəzinə çevirəcək.

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun 2026-cı il 25 iyun tarixli iclasında 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) 2026-cı il oktyabrın 22–31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir.

İdman tarixində ilk dəfə keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunun daha da möhkəmlənməsinə, futbolun inkişafına və Azərbaycanın mötəbər yarışların təşkili sahəsində qazandığı təcrübənin zənginləşməsinə xidmət edəcəkdir.

Azərbaycanda təşkil olunacaq bu mötəbər yarış ölkəmizin beynəlxalq futbol tədbirlərinin yüksək səviyyədə keçirilməsi sahəsində qazandığı təcrübəni bir daha nümayiş etdirəcək və gənclər futbolunun inkişafına mühüm töhfə verəcək.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Bakı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər