“Gələcəyin Şəhərləri Forumu”

16 oktyabr 2026 - 18 oktyabr 2026

10:00

Tədbir haqqında:

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçiriləcək “Gələcəyin Şəhərləri Forumu” səni gözləyir!

Gələcəyin şəhərləri yalnız memarlıqdan ibarət deyil. Dayanıqlı və müasir şəhərlərin qurulması, memarlar, inşaat mühəndisləri, nəqliyyat mühəndisləri və su kommunikasiya xətləri mühəndislərinin birgə baxışı və əməkdaşlığı ilə mümkün olur.

“Gələcəyin Şəhərləri Forumu” məhz bu sahələri bir araya gətirərək iştirakçılara yeni bilik, praktiki təcrübə və fərqli düşüncə perspektivi qazandıracaq.

Forumda səni nələr gözləyir?

•⁠⁠ Şəhərsalma və dayanıqlı şəhərlər mövzusunda panel və sessiyalar;

• ⁠⁠Memarlıq, inşaat, nəqliyyat və su infrastrukturu sahələrinin peşəkarları ilə görüşlər;

• ⁠⁠Komanda işi, praktiki tapşırıqlar və interaktiv fəaliyyətlər;

• ⁠⁠Yeni tanışlıqlar, müzakirələr və unudulmaz düşərgə təcrübəsi.

📅 Tarix: 16-18 oktyabr 2026-cı il 

📍 Məkan: Mingəçevir şəhəri, "Kür" Olimpiya Tədris-İdman Mərkəzi

 

📲 Qeydiyyat üçün postdakı QR kodu skan et və ya bio-dakı linkə keç və ya aşağıdakı link vasitəsilə müraciət et:

 

https://gencler.az/events/geleceyin-seherleri-forumu

 

Gələcəyin şəhərlərini birlikdə düşünək, birlikdə quraq!

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Kür Olimpiya Tədris-İdman Mərkəzi Kür Olimpiya Tədris-İdman Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər