Atçılıq idmanının konkur növü üzrə ölkə birinciliyi

20 oktyabr 2026 - 20 oktyabr 2026

10:00

Tədbir haqqında:

20 oktyabr 2026-cı il tarixində Binə Atçılıq və İstirahət Mərkəzində atçılıq idmanının konkur növü üzrə ölkə birinciliyi keçiriləcək.

Yarışda müxtəlif yaş qruplarını təmsil edən idmançılar iştirak edərək, müəyyən edilmiş proqram üzrə mübarizə aparacaqlar.

Ölkə birinciliyinin keçirilməsində əsas məqsəd konkur növünün ölkə üzrə inkişafına və kütləviliyinin artırılmasına, perspektivli idmançıların müəyyənləşdirilməsinə və onların yarış təcrübəsinin artırılmasına şərait yaratmaqdır.

Yarışın nəticələrinə əsasən qaliblər və mükafatçılar müəyyənləşdirilərək müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Binə atçılıq mərkəzi Binə atçılıq mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər