Paraüzgüçülük üzrə ölkə çempionatı

18 iyun 2026 - 18 iyun 2026

10:00

Tədbir haqqında:

18 iyun 2026-cı il tarixində paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək. Yarış ƏƏSMN-nin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində baş tutacaq.

Ölkənin müxtəlif regionlarını təmsil edən paraüzgüçülərin iştirak edəcəyi çempionatda idmançılar müxtəlif məsafələr və üzmə növləri üzrə qüvvələrini sınayacaqlar. Yarışın keçirilməsində əsas məqsəd paraüzgüçülüyün inkişafına dəstək vermək, idmançıların hazırlıq səviyyəsini qiymətləndirmək və perspektivli idmançıları müəyyən etməkdir.

Çempionatın nəticələri əsasında beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək idmançıların seçimi və hazırlıq prosesinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Yarışın yüksək idman mübarizəsi şəraitində keçəcəyi gözlənilir.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Sosial Xidmətlər Agentliyi Sosial Xidmətlər Agentliyi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər