“Kürü keçək?! 5” açıq suda üzmə yarışı

8 avqust 2026 - 8 avqust 2026

10:00

Tədbir haqqında:

Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə açıq suda ənənəvi kütləvi üzmə yarışı keçiriləcək. Yarış Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutacaq!

Sayca 5-ci dəfə təşkil ediləcək yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik, 12 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Yarışlar 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə keçiriləcək 

Yarışda iştirak tamamilə ödənişsizdir. Lakin yerlər məhduddur və nəzərdə tutulmuş iştirakçı sayı tamamlandıqda qeydiyyat dayandırılacaq. Bütün iştirakçılar öncədən qeydiyyatdan keçməlidirlər 

Yarışa qoşulmaq istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: 

https://events.smartscoring.com/swimming?utm_source=ig...

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Kür Olimpiya Tədris-İdman Mərkəzi Kür Olimpiya Tədris-İdman Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər