“Bakı Marafonu 2026”
3 may 2026
- 3 may 2026
10:00
Tədbir haqqında:
“Bakı Marafonu 2026”ya qeydiyyat başlayıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən ənənəvi təşkil edilən marafonda əsas yenilik isə odur ki, yarış yarımarafon deyil, ilk dəfə 42 kilometr məsafədə tam marafon olaraq və fərqli marşrutda keçiriləcək.
Bakı Marafonu mayın 3-də saat 10-da Dövlət Bayrağı Meydanından start götürəcək, finiş xətti isə “Sea Breeze” ərazisində olacaq.
Doqquzuncu Bakı Marafonunun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı Bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı – Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - 8 Noyabr prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti - Böyük İpək Yolu küçəsi - Müzəffər Nərimanov küçəsi - Ziya Bünyadov prospekti - Böyükşor-Pirşağı yolu - Bilgəh-Pirşağı şosesi – “Sea Breeze”.
Marafonda iştirak etmək istəyən şəxslər aprelin 25-dək www.marathon.az saytı vasitəsilə, həmçinin “28 Mall”, “Dəniz Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindəki məntəqələrdə ödənişli qaydada qeydiyyatdan keçə bilər. Tələbələr üçün isə qeydiyyat pulsuzdur.
“Bakı Marafonu 2026”da kişi və qadın iştirakçılar ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Hər iki kateqoriyada qaliblər pul mükafatı və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.
Əlaqə vasitələri:
Yarışı paylaş:
Xəritə üzərində:
İstiqamət:
Azərbaycan Atletika Federasiyası
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz
Ödənişsiz