“Olimpiya Ümidləri” beynəlxalq karate turniri

17 iyul 2026 - 19 iyul 2026

10:00

Tədbir haqqında:

17–19 iyul 2026-cı il tarixlərində Gəncə İdman Sarayında “Olimpiya Ümidləri” beynəlxalq karate turniri təşkil olunacaq. Turnir müxtəlif ölkələrdən olan idmançıları bir araya gətirərək beynəlxalq idman əməkdaşlığının genişləndirilməsinə və gənc karateçilərin yarış təcrübəsinin artırılmasına xidmət edəcək.

Yarışda müxtəlif yaş və çəki dərəcələri üzrə karateçilər qüvvələrini sınayacaqlar. Turnir iştirakçıları üç gün ərzində gərgin və maraqlı mübarizə şəraitində qalibləri müəyyənləşdirəcəklər.

“Olimpiya Ümidləri” turniri gənc idmançıların beynəlxalq arenada təcrübə qazanması, idman ustalıqlarını nümayiş etdirməsi və ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Yarışın yekununda öz kateqoriyalarında fərqlənən idmançılar medal, diplom və kuboklarla təltif olunacaqlar. Turnirin yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi və iştirakçılar üçün əlverişli yarış mühitinin yaradılması nəzərdə tutulur.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Gəncə İdman Sarayı Gəncə İdman Sarayı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr