Sambo üzrə açıq turnir
12 iyun 2026
- 13 iyun 2026
10:00
Tədbir haqqında:
12-13 iyun 2026-cı il tarixlərində Qazax Olimpiya İdman Kompleksində 15 İyun – Azərbaycan Xalqının Qurtuluş Gününə həsr olunmuş sambo üzrə kadetlər arasında açıq turnir keçiriləcək. Yarışda 2010, 2011 və 2012-ci il təvəllüdlü idmançılar iştirak edəcəklər.
Turnirin məqsədi yeniyetmə idmançılar arasında sambo idman növünün inkişafına dəstək vermək, onların yarış təcrübəsini artırmaq, fiziki və texniki hazırlıq səviyyələrini yoxlamaq, eləcə də perspektivli idmançıları müəyyənləşdirməkdir. Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından olan komandaların iştirakı gözlənilir.
Açıq turnirdə idmançılar müxtəlif çəki dərəcələri üzrə mübarizə aparacaqlar. Qaliblər və mükafatçılar təşkilatçılar tərəfindən medal və diplomlarla təltif olunacaqlar. Tədbirin gənclər arasında sağlam həyat tərzinin təbliği və sambo idman növünün kütləviliyinin artırılması baxımından əhəmiyyətli olacağı gözlənilir.
Əlaqə vasitələri:
Yarışı paylaş:
Xəritə üzərində:
İstiqamət:
Azərbaycan Sambo Federasiyası
Ödənişsiz
Ödənişsiz