Qadın voleybolçuların Super Liqasında IV turun oyunları

27 noyabr 2026 - 28 noyabr 2026

16:00

Tədbir haqqında:

Noyabrın 27-28-də qadın voleybolçuların Super Liqasında IV turun növbəti qarşılaşmaları təşkil olunacaq.

Turun ilk oyun günündə, noyabrın 27-də “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər. Görüş saat 16:00-da başlayacaq.

Noyabrın 28-də isə “Azərmaş Abşeron” və “Turan” kollektivləri münasibətlərinə aydınlıq gətirəcəklər. Bu qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.

Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Super Liqanın IV turu çərçivəsində baş tutacaq görüşlərdə komandalar qələbə qazanmaq, xal ehtiyatlarını artırmaq və turnir cədvəlində mövqelərini yaxşılaşdırmaq uğrunda mübarizə aparacaqlar.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

GİN Voleybol Mərkəzi GİN Voleybol Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər