Qubada III “GİNius” intellektual yarışı

30 noyabr 2026 - 1 dekabr 2026

10:00

Tədbir haqqında:

Noyabrın 30-dan dekabrın 1-dək Qubada Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə III “GİNius” intellektual yarışı keçiriləcək.

Layihənin əsas məqsədi gənclərin intellektual potensialının üzə çıxarılması, bilik və dünyagörüşünün artırılması, eləcə də onların asudə vaxtlarının səmərəli təşkilinə töhfə verməkdir.

İki gün davam edəcək yarışda iştirakçılar müxtəlif mövzuları əhatə edən suallar əsasında bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

İntellektual mübarizə zamanı komandalar məntiqi düşünmə, çevik qərarvermə və komanda şəklində işləmək bacarıqlarını sınayacaqlar.

Yarış həmçinin gənclər arasında ünsiyyətin, əməkdaşlığın və sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir.

 

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Quba Quba
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər