“Qürur rəngləri” kvest oyununun finalı

4 noyabr 2026 - 4 noyabr 2026

14:00

Tədbir haqqında:

Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunan “Qürur rəngləri” kvest oyunu gənclər arasında milli-mənəvi dəyərlərin təbliği, dövlət rəmzlərimizə hörmət və bağlılığın gücləndirilməsi, eləcə də milli kimlik və vətənpərvərlik ruhunun təşviqi məqsədi daşıyır.

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə həyata keçirilən layihənin final mərhələsində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri mübarizə aparacaqlar.

Final mərhələsi 4 noyabr 2026-cı il tarixində Bakı şəhərinin İçərişəhər ərazisində keçiriləcək. Kvestdə iştirak etməyən gənclər üçün də müxtəlif fəaliyyətlər təşkil olunacaq.

5 nəfərdən ibarət komandanı formalaşdır, qeydiyyatdan keç və təhsil müəssisəni təmsil etmək fürsətini qaçırma!

 

🔗 Qoşulmaq üçün: https://gencler.az/events/qurur-rengleri-final 

📅 Tarix: 4 noyabr 2026-cı il

🕑 Saat: 14:00

📍 Məkan: İçərişəhər, Bakı

 

 

 

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

İçərişəhər İçərişəhər
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər