Şəhidlərin xatirəsinə həsr olunmuş sambo turniri

20 iyun 2026 - 21 iyun 2026

10:00

Tədbir haqqında:

20-21 iyun 2026-cı il tarixlərində Ağdam Olimpiya İdman Kompleksində sambo üzrə yeniyetmələr arasında I Qarabağ müharibəsi şəhidləri Əhliman Ağayev və Sənan Rüstəmovun xatirəsinə həsr olunmuş açıq turnir keçiriləcək.

Turnirin təşkilində məqsəd şəhidlərimizin əziz xatirəsini yad etmək, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlığı gənc nəslə aşılamaq, eyni zamanda yeniyetmələr arasında sambo idman növünün inkişafına və sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir. Yarışda ölkənin müxtəlif şəhər və rayonlarından olan idmançıların iştirakı nəzərdə tutulur.

İki gün davam edəcək turnirdə iştirakçılar müxtəlif çəki dərəcələri üzrə mübarizə aparacaq, qaliblər və mükafatçılar medal, diplom və digər mükafatlarla təltif olunacaqlar. Yarışın gənc idmançıların ustalıq səviyyəsinin artırılması, yarış təcrübəsinin zənginləşdirilməsi və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunur.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Ağdam Olimpiya İdman Kompleksi Ağdam Olimpiya İdman Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər