“Prezident Kuboku 2026” beynəlxalq reqatası

27 aprel 2026 - 1 may 2026

09:00

Tədbir haqqında:

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının birgə təşkilatçılığı ilə 27 aprel – 1 may tarixlərində avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı mübarizə aparacaq.

“Prezident Kuboku” ilk dəfə işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə müxtəlif qayıq növlərində nümunəvi çıxışlar və yarışlar keçiriləcək, həmçinin iştirakçı ölkələrin bayraqlarını daşıyan su şousu və mədəni proqram təqdim olunacaq. Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi baş tutacaq. Yarışlar aprelin 29-da Suqovuşanda davam edəcək. 30 aprel – 1 may tarixlərində isə Mingəçevirdə reqatanın son yürüşləri keçiriləcək.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Mingəçevir şəhəri Mingəçevir şəhəri
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər