Şahmat turniri – "Vugar Gashimov Open 2025"

24 iyul 2025 - 1 avqust 2025

10:00

Tədbir haqqında:

24 iyul – 1 avqust tarixlərində Bakı şəhərində, Vüqar Həşimov adına Şahmat Akademiyasının ev sahibliyi ilə keçiriləcək "Vugar Gashimov Open 2025" beynəlxalq şahmat turniri dünyanın və Azərbaycanın ən perspektivli şahmatçılarını bir araya gətirəcək.

Turnir mərhum qrossmeyster, dünya şahmat tarixində öz dəsti-xətti ilə iz qoymuş Vüqar Həşimovun xatirəsinə həsr olunub. Bu yarış hər il onun irsini yaşatmaqla yanaşı, gənc və təcrübəli şahmatçılar üçün əhəmiyyətli mübarizə meydanı olur.

Bu ilki turnirdə 200-dən artıq iştirakçı və 8 rəsmi hakimin iştirakı gözlənilir. Fərqli yaş qruplarını və səviyyələri əhatə edən bu yarış yüksək intellekt, strateji zəka və peşəkarlığın vəhdəti ilə yadda qalacaq.

Tədbir qapalı formatda keçirilir və tamaşaçı iştirakı nəzərdə tutulmur.

"Vugar Gashimov Open" təkcə şahmat yarışı deyil – bu, eyni zamanda ölkəmizin intellektual idmana verdiyi dəyərin və şahmat mədəniyyətinin inkişafına yönəlmiş mühüm addımlardan biridir.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Şahmat Akademiyası Şahmat Akademiyası
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Digər tədbirlər