Şahmat üzrə kişilər arasında ölkə çempionatı – Final mərhələsi
7 fevral 2026
- 22 fevral 2026
10:00
Tədbir haqqında:
Azərbaycanın ən güclü şahmatçıları finalda üz-üzə gələcək!
Şahmat üzrə kişilər arasında ölkə çempionatının final mərhələsi 7–22 fevral tarixlərində Bakı şəhərində keçiriləcək. Turnir paytaxtın nüfuzlu məkanlarından biri olan Landmark Otelinin Rotunda zalında təşkil olunacaq.
📅 Tarix: 7–22 fevral
📍 Məkan: Landmark Oteli, Rotunda zalı
Final oyunlarında ölkənin aparıcı şahmatçıları çempionluq uğrunda mübarizə aparacaq. Yarış yüksək gərginlik, strateji mübarizə və maraqlı partiyalarla yadda qalacaq. Şahmatsevərləri intellektual idmanın bu mötəbər yarışını yaxından izləməyə dəvət edirik.
Əlaqə vasitələri:
Yarışı paylaş:
Xəritə üzərində:
İstiqamət:
Azərbaycan Şahmat Federasiyası