Stend atıcılığı üzrə ölkə birinciliyi

14 iyul 2026 - 18 iyul 2026

10:00

Tədbir haqqında:

14-18 iyul 2026-cı il tarixlərində Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə ölkə birinciliyi keçiriləcək. Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Ölkə birinciliyində respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançıların iştirakı nəzərdə tutulur. Yarış iştirakçıları stend atıcılığının müvafiq növləri üzrə qüvvələrini sınayacaq, qaliblər isə ümumi nəticələrə əsasən müəyyənləşdiriləcəklər.

Birinciliyin keçirilməsində əsas məqsəd ölkədə stend atıcılığı idman növünün inkişafına dəstək göstərmək, idmançıların yarış təcrübəsini artırmaq, perspektivli idmançıların müəyyənləşdirilməsi və milli komandalara namizədlərin seçilməsi üçün əlavə imkan yaratmaqdır.

Yarışın yekununda müvafiq yarış proqramı üzrə qalib və mükafatçılar medal, diplom və digər mükafatlarla təltif olunacaqlar.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Atıcılıq Mərkəzi Bakı Atıcılıq Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər