Azərbaycan gəncləri üçün BMT Gənclər Ofisində beynəlxalq təcrübə proqramı elan edilir

30 sentyabr 2026 - 30 sentyabr 2026

07:00

Tədbir haqqında:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ilk dəfə olaraq #Azərbaycangəncləri üçün BMT Gənclər Ofisinin Nyu-York şəhərində yerləşən ofisində 6 aylıq tam ştatlı təcrübə proqramında iştirak imkanı yaradılır.

Proqram çərçivəsində iki istiqamət - "Policy Intern" və "Communications Intern" hər biri üzrə 1 nəfər olmaqla, ümumilikdə 2 gəncin seçilməsi nəzərdə tutulur.

Seçilmiş iştirakçıların proqramda iştirakı ilə bağlı bütün xərclər nazirlik tərəfindən qarşılanacaq.

🗓️ Son müraciət tarixi: 30 sentyabr 2026-cı il, saat 7:00 (Bakı vaxtı ilə).

Proqramın şərtləri, vakansiyalar və müraciət qaydaları ilə ətraflı tanış olmaq üçün link:

 

🔗 https://gencler.az/events/azeyouth-unintern

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Bakı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər