“Azerbaijan Junior Open 2026” beynəlxalq badminton turniri

14 avqust 2026 - 16 avqust 2026

09:00

Tədbir haqqında:

Bakı “Azerbaijan Junior Open 2026” beynəlxalq badminton turnirinə ev sahibliyi edəcək.

14-16 avqust 2026-cı il tarixlərində Bakıda badminton üzrə “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri keçiriləcək. Yarış Nizami rayonu, Məhsəti küçəsi 133 ünvanında yerləşən 1 nömrəli idman təmayüllü liseyin badminton zalında təşkil olunacaq.

Beynəlxalq turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, ABŞ, İran, Hindistan, Özbəkistan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstanı təmsil edən badmintonçular da mübarizə aparacaqlar. Beş kateqoriya üzrə keçiriləcək yarışlara avqustun 14-də saat 09:00-da start veriləcək və turnir avqustun 16-da final qarşılaşmaları ilə yekunlaşacaq.

Azərbaycan yarışda baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında 22 yeniyetmə badmintonçu – 13 qız və 9 oğlan idmançı ilə təmsil olunacaq. Turnirin baş hakimi yunanıstanlı mütəxəssis Xristos Evangelidis olacaq. Yarışın ümumi mükafat fondu 5 min ABŞ dolları – təxminən 8 500 manat təşkil edir.

“Azerbaijan Junior Open 2026” Azərbaycanda “Junior International Series” kateqoriyası üzrə keçiriləcək ilk beynəlxalq badminton turniridir. Turnirin əsas məqsədi uşaq və yeniyetmə badmintonçuların beynəlxalq yarış təcrübəsinin artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və idmançılar arasında rəqabət mühitinin gücləndirilməsidir.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

1 nömrəli idman liseyi 1 nömrəli idman liseyi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər