Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş IV minifutbol turnirində III tur

13 dekabr 2025 - 14 dekabr 2025

09:00

Tədbir haqqında:

Dekabrın 13-də və 14-də Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş IV minifutbol turnirinin III tur oyunları keçiləcək. 

Qeyd edək ki, ənənəvi turnirdə 45 dövlət qurumunun komandaları 4 qrupda qələbə uğrunda mübarizə aparacaq. 10 oyundan ibarət 1 dövrəli sistemlə keçiriləcək ilkin mərhələ 29 noyabr – 15 fevral tarixləri arasında baş tutacaq. 10 turdan sonra hər qrupda ilk 8 pilləni tutan komandalar pley-off mərhələsində mübarizəyə davam edəcəklər. Pley-off oyunları 28 fevral – 1 mart tarixlərində keçiriləcək və bir mərhələ olacaq. Qalib gələn 16 komanda 28 mart – 12 aprel tarixlərində, 4 qrupda bir dövrədən ibarət 3 oyun keçirəcək. Hər qrupda ilk iki yeri tutan komandalar ¼ final mərhələsinə vəsiqə qazanacaqlar. Qalib komandalar yarımfinalda mübarizə aparacaqlar. ¼ final 18-19 aprel, yarımfinal 25-26 aprel, final və III yer uğrunda oyunlar isə 8 may tarixlərində keçiriləcək.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı şəhəri Bakı şəhəri
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər