Çimərlik güləşi üzrə ölkə çempionatı

30 iyun 2026 - 30 iyun 2026

10:00

Tədbir haqqında:

30 iyun 2026-cı il tarixində çimərlik güləşi üzrə böyüklər arasında ölkə çempionatı keçiriləcək. Yarış Bakı Su İdmanı Sarayındə təşkil olunacaq və ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançıların iştirakı ilə baş tutacaq.

Ölkə çempionatı çimərlik güləşinin inkişafına töhfə vermək, idmançıların hazırlıq səviyyəsini qiymətləndirmək və ölkənin ən güclü güləşçilərini müəyyənləşdirmək məqsədi daşıyır. Yarış eyni zamanda beynəlxalq turnirlərdə və nüfuzlu yarışlarda Azərbaycanı təmsil edəcək idmançıların seçimi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Çempionat beynəlxalq qaydalara uyğun olaraq keçiriləcək. Gərgin idman mübarizəsi şəraitində baş tutacaq yarışın yekununda qalib və mükafatçılar müəyyənləşdirilərək medal və diplomlarla təltif olunacaqlar. Ölkə çempionatı çimərlik güləşi üzrə rəqabət mühitinin gücləndirilməsinə, idmançıların ustalıq səviyyəsinin yüksəldilməsinə və bu idman növünün inkişafına xidmət edəcək.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Baku Aquatic Palace Baku Aquatic Palace
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər