
Şotokan karate üzrə ölkə birinciliyi və çempionatı
13 sentyabr 2025
- 14 sentyabr 2025
09:00
Tədbir haqqında:
Sentyabrın 13-14-də Bakıda 6 nömrəli İdman Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində (İOEUGİM PHŞ) şotokan karate üslubu ilə ölkə birinciliyi və çempionatı baş tutacaq. Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Turnirdə müxtəlif yaş qruplarını təmsil edən idmançılar fərdi və komanda üzrə mübarizə aparacaqlar. Yarış saat 09:00-dan 19:00-dək davam edəcək və gün ərzində gərgin qarşılaşmalarla yadda qalacaq.
Çempionat gənc idmançıların bacarıqlarını nümayiş etdirməsi, peşəkar təcrübə qazanması və karate idman növünün ölkədə inkişafına töhfə verməsi baxımından böyük əhəmiyyət daşıyır.
Azarkeşlər üçün giriş sərbəstdir.
Xəritə üzərində:
İstiqamət: