16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiyadası
2 avqust 2026
- 12 avqust 2026
10:00
Tədbir haqqında:
2-12 avqust 2026-cı il tarixlərində Zaqatala Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiyadası təşkil olunacaq. Yarış ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən gənc şahmatçıları bir araya gətirəcək.
Olimpiadada iştirakçılar komanda formatında mübarizə apararaq intellektual hazırlıqlarını, məntiqi düşünmə bacarıqlarını və şahmat ustalıqlarını nümayiş etdirəcəklər. Yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyi gözlənilir.
Respublika Şahmat Olimpiyadasının keçirilməsində əsas məqsəd yeniyetmələr arasında şahmatın inkişafını təşviq etmək, istedadlı idmançıları müəyyənləşdirmək, onların yarış təcrübəsini artırmaq və gələcək beynəlxalq yarışlara hazırlığını dəstəkləməkdir.
Olimpiadanın yekununda qalib və mükafatçı komandalar, eləcə də fərqlənən şahmatçılar təşkilatçılar tərəfindən medal, diplom və kuboklarla təltif olunacaqlar.
Əlaqə vasitələri:
Yarışı paylaş:
Xəritə üzərində:
İstiqamət:
Azərbaycan Şahmat Federasiyası
Ödənişsiz