İdman jurnalistləri arasında şahmat turniri

12 iyul 2026 - 12 iyul 2026

12:00

Tədbir haqqında:

İyulun 12-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə idman jurnalistləri arasında şahmat turniri keçiriləcək.

“Bakı 2026 – Dünya İdman Paytaxtı” layihəsi çərçivəsində və 22 İyul – Milli Mətbuat Günü münasibətilə təşkil olunan yarışın əsas məqsədi idman jurnalistləri arasında şahmatın təbliği, intellektual idman növünə marağın artırılması, media nümayəndələri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və sağlam rəqabət mühitinin təşviq edilməsidir.

Turnir Bakı Ağ Şəhərdə yerləşən “AĞ AT” şahmat məktəbində saat 12:00-da start götürəcək. Yarışın qalib və mükafatçıları diplom, pul mükafatı və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Turnirdə iştirak etmək istəyən media nümayəndələri 10 iyul saat 18:00-dək iş vəsiqələrinin surətini [email protected] elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

İdman jurnalistləri turnirdə iştirak etməyə dəvət olunur.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

AĞ AT Şahmat Klubu AĞ AT Şahmat Klubu
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər