Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı

11 iyul 2026 - 11 iyul 2026

10:00

Tədbir haqqında:

11 iyun 2026-cı il tarixində kütləvi idman tədbirləri çərçivəsində dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

Yarış Dənizkənarı Milli Park ərazisində (müvafiq təyin olunmuş marşrut üzrə) baş tutacaq və müxtəlif dövlət qurumlarını təmsil edən komandaları bir araya gətirəcək. İştirakçılar komanda və fərdi şəklində mübarizə apararaq fiziki hazırlıq səviyyələrini, koordinasiya və komanda ruhunu nümayiş etdirəcəklər.

Gərgin və maraqlı keçəcəyi gözlənilən yarışda qaliblər müəyyən edilərək mükafatlandırılacaqlar. Tədbir sağlam həyat tərzinin təşviqi və kollektivlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Dənizkənarı bulvar Dənizkənarı bulvar
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər