Xüsusi Olimpiya Festivalı

24 sentyabr 2025 - 24 sentyabr 2025

12:00

Tədbir haqqında:

 

📅 Tarix: 24 sentyabr 2025
📍 Məkan: Antena Park

“Xüsusi Olimpiya Festivalı” xüsusi idmançıların uğurlarını qeyd etmək, inklüzivlik və sosial inteqrasiyanı təşviq etmək məqsədilə keçiriləcək. Tədbir idmanın gücü ilə əqli imkanları məhdud şəxslərin cəmiyyətə daha yaxından qaynayıb-qarışmasına dəstək olmaq və birlik dolu bir mühit yaratmaq üçün nəzərdə tutulub.

Festival zamanı idmançılar bacarıqlarını nümayiş etdirəcək, iştirakçılar isə müxtəlif əyləncəli fəaliyyətlərdə özlərini sınaya biləcəklər. Foto və akvaqrim zonaları isə bu günün unudulmaz xatirələrinə çevriləcək. Tədbir təntənəli açılış və bağlanış mərasimləri ilə daha da rəngarəng olacaq.

Gənclər və İdman Nazirliyi və Xüsusi Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək festival cəmiyyətdə hörmət, sosial birlik və həmrəylik dəyərlərini gücləndirəcək.

Giriş sərbəstdir! Gəlin bu xüsusi günü birlikdə yaşayaq!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Antena Park Antena Park
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər