Dağ velosipedi üzrə ölkə kubokunun II mərhələsi

6 iyun 2026 - 6 iyun 2026

10:00

Tədbir haqqında:

6 iyun 2026-cı il tarixində dağ velosipedi üzrə ölkə kubokunun II mərhələsi təşkil olunacaq.

Yarış Bakı şəhərinin Xocəsən qəsəbəsində, Atıcılıq Mərkəzinin arxasında yerləşən Dağ Velosipedi Parkında keçiriləcək. Ölkənin müxtəlif bölgələrini təmsil edən idmançıların qatılacağı yarışda iştirakçılar müxtəlif yaş və kateqoriyalar üzrə mübarizə aparacaqlar.

Yarışın keçirilməsində məqsəd dağ velosipedi idman növünün inkişafına dəstək vermək, idmançılar arasında rəqabət mühitini gücləndirmək, eləcə də onların hazırlıq səviyyəsini yüksəltməkdir.

Bütün velosiped həvəskarları və idman ictimaiyyəti yarışları izləməyə dəvət olunur.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Dağ Velosipedi Parkı Dağ Velosipedi Parkı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər