Qol güləşi üzrə ölkə kuboku

1 avqust 2025 - 3 avqust 2025

10:00

Tədbir haqqında:

 

01–03 avqust tarixlərində Abşeron Olimpiya İdman Kompleksində qol güləşi idman növü üzrə ölkə kuboku keçiriləcək. Yarışda respublikanın müxtəlif bölgələrindən olan idmançılar bir araya gələrək güclərini sınayacaqlar.

Ölkə kubokunun əsas məqsədi qol güləşi idman növünün kütləviliyini artırmaq, perspektivli idmançıları üzə çıxarmaq və milli komanda üçün yeni seçimlər etməkdir. Yarış həm sol, həm də sağ qolda müxtəlif çəki dərəcələri üzrə aparılacaq.

Azərbaycan Qol Güləşi Federasiyasının qaydalarına əsasən keçiriləcək turnirdə qaliblər medal, diplom və kuboklarla təltif olunacaqlar. Tədbir, idmansevərlərə unudulmaz qarşılaşmalar təqdim edəcək.

Giriş sərbəstdir. Qol güləşi həvəskarlarını bu möhtəşəm yarışa dəvət edirik!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Abşeron Olimpiya İdman Kompleksi Abşeron Olimpiya İdman Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Digər tədbirlər