1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə avarçəkmə təlimləri keçiriləcək

1 iyun 2026 - 1 iyun 2026

05:00

Tədbir haqqında:

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdmanı Növləri Federasiyası tərəfindən Dədə Qorqud parkında uşaqlar üçün avarçəkmə təlimləri təşkil olunacaq.

Tədbirin məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların su idman növlərinə marağının artırılması və sağlam həyat tərzinin təşviqidir.

Təlimlər peşəkar mütəxəssislərin iştirakı ilə keçiriləcək, iştirakçılar avarçəkmənin əsas qaydaları və ilkin bacarıqları ilə tanış olacaqlar.

Tədbirin uşaqlara həm əyləncəli, həm də faydalı təcrübə qazandıracağı gözlənilir.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Dədə Qorqud parkı Dədə Qorqud parkı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər