“Baku Media Open” stolüstü tennis turniri

21 iyul 2026 - 23 iyul 2026

10:00

Tədbir haqqında:

21–23 iyul 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası İctimai Birliyi (ASTF) və “Sportsmen” jurnalının birgə təşkilatçılığı ilə “Baku Media Open” stolüstü tennis turniri keçiriləcək.

“Baku 2026 World Capital of Sport” çərçivəsində və 22 İyul – Milli Mətbuat Gününə həsr olunan turnir “Şüa” İdman Kompleksində təşkil ediləcək. Yarış media nümayəndələri arasında idmanın təbliği, sağlam həyat tərzinin təşviqi və beynəlxalq əməkdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır.

Turnirdə Azərbaycanın aparıcı media qurumlarının nümayəndələri ilə yanaşı, dəvəti qəbul etmiş bir sıra ölkələrin jurnalistlərinin də iştirakı gözlənilir. Yarış iştirakçıları stolüstü tennis üzrə fərdi mübarizədə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, “Baku Media Open” turniri “Baku 2026 World Capital of Sport” proqramı çərçivəsində keçirilən silsilə tədbirlərdən biridir və media nümayəndələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edəcək.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

"Şüa" idman kompleksi "Şüa" idman kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər