EAFF Amputant Futbolunun “Millətlər Liqası – C qrupu” oyunları Bakıda keçiriləcək

16 oktyabr 2025 - 20 oktyabr 2025

11:00

Tədbir haqqında:

EAFF Amputant Futbolunun “Millətlər Liqası – C qrupu” oyunları Bakıda keçiriləcək

16–20 oktyabr 2025-ci il tarixlərində Bakı şəhəri EAFF Amputant Futbolunun “Millətlər Liqası – C qrupu”nun oyunlarına ev sahibliyi edəcək. Bu beynəlxalq turnir amputant futbolunun inkişafı və Azərbaycanın idman diplomatiyası sahəsindəki uğurlarının nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

Turnirdə 5 komanda – Azərbaycan, Niderland, Belçika, Ukrayna və İsrail qrup mərhələsində mübarizə aparacaq. Oyunlar Bayıl Arena stadionunda, iştirakçı və təşkilat nümayəndələri isə Arena Oteldə yerləşəcək.

Amputant futbolunda mübarizə, iradə və birlik rəmzi olan bu turnir, həmçinin ölkəmizin beynəlxalq idman tədbirlərinə ev sahibliyi potensialını bir daha nümayiş etdirəcək.

📅 Oyunların təqvimi:
17 oktyabr
13:00 – Azərbaycan – Belçika
15:00 – İsrail – Ukrayna
17:00 – Niderland – Belçika

18 oktyabr
11:00 – Ukrayna – Niderland
13:00 – Azərbaycan – İsrail
15:00 – Ukrayna – Belçika
17:00 – İsrail – Niderland

19 oktyabr
11:00 – Azərbaycan – Niderland
15:00 – Belçika – İsrail
17:00 – Azərbaycan – Ukrayna

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bayıl Arena Bayıl Arena
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər