Tennis üzrə Bakı şəhər birinciliyi

22 iyun 2026 - 27 iyun 2026

10:00

Tədbir haqqında:

22-27 iyun 2026-cı il tarixlərində tennis üzrə Bakı şəhər birinciliyi keçiriləcək. Yarış Bakı Tennis Akademiyası ərazisində təşkil olunacaq və müxtəlif yaş qruplarında oğlan və qız tennisçilərin iştirakı ilə baş tutacaq. 

Turnirin əsas məqsədi gənc tennisçilərin yarış təcrübəsinin artırılması, onların idman ustalığının inkişaf etdirilməsi və perspektivli idmançıların müəyyənləşdirilməsidir. Birincilik iştirakçılar üçün öz bacarıqlarını nümayiş etdirmək, rəqabət mühitində çıxış etmək və Bakı çempionu adı uğrunda mübarizə aparmaq imkanı yaradacaq. 

Yarışlar beynəlxalq standartlara cavab verən kortlarda keçiriləcək və qaliblər müvafiq yaş kateqoriyaları üzrə mükafatlandırılacaqlar.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Tennis Akademiyası Bakı Tennis Akademiyası
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər