“Vugar Gashimov Open 2026” beynəlxalq şahmat festivalı

24 iyul 2026 - 30 iyul 2026

10:00

Tədbir haqqında:

“Azərbaycan Şahmat Turu” çərçivəsində keçiriləcək beşinci yarış görkəmli Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vugar Gashimov Open 2026” beynəlxalq şahmat festivalı olacaq. Vüqar Həşimov Şahmat Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək festival 24–30 iyul 2026-cı il tarixlərində Bakı şəhərində baş tutacaq.

Festival çərçivəsində klassik, rapid və blits növləri üzrə yarışlar təşkil olunacaq. Turnirdə Azərbaycanın aparıcı şahmatçıları ilə yanaşı, müxtəlif ölkələrdən qrossmeysterlərin və digər reytinqli şahmatçıların iştirakı gözlənilir.

“Vugar Gashimov Open” beynəlxalq şahmat festivalı Vüqar Həşimovun şahmat irsinin yaşadılması, bu idman növünün ölkəmizdə daha da inkişaf etdirilməsi və gənc şahmatçılar üçün yüksək səviyyəli rəqabət mühitinin yaradılması məqsədilə təşkil olunur.

“Azərbaycan Şahmat Turu”nun tərkib hissəsi olan festivalın beynəlxalq idman əməkdaşlığının genişləndirilməsinə, Azərbaycanın şahmat ənənələrinin təbliğinə və ölkəmizin nüfuzlu şahmat mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Bakı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr