ITF Yeniyetmələr üzrə J60 Beynəlxalq Tennis Turniri

1 iyun 2026 - 7 iyun 2026

09:30

Tədbir haqqında:

1–7 iyun 2026-cı il tarixlərində Bakı Tennis Akademiyasında ITF Yeniyetmələr üzrə J60 Beynəlxalq Tennis Turniri təşkil olunacaq.

Beynəlxalq Tennis Federasiyasının (ITF) rəsmi təqviminə daxil olan yarışda müxtəlif ölkələrdən gələn yeniyetmə tennisçilər iştirak edəcəklər. İdmançılar turnirdə həm reytinq xalları, həm də nüfuzlu beynəlxalq yarışın mükafatları uğrunda mübarizə aparacaqlar.

Turnirin keçirilməsi ölkəmizdə tennisin inkişafına, gənc idmançıların beynəlxalq təcrübə qazanmasına və Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi edən ölkə kimi mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.

Yarış Bakı Tennis Akademiyasının kortlarında keçiriləcək və bir həftə ərzində gərgin və maraqlı qarşılaşmalarla yadda qalacaq.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Tennis Akademiyası Bakı Tennis Akademiyası
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər