“Ganja Cup” üzgüçülük yarışı

6 avqust 2026 - 7 avqust 2026

10:00

Tədbir haqqında:

Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə 6-7 avqust 2026-cı il tarixlərində Gəncə İdman Sarayında 2-ci dəfə “Ganja Cup” üzgüçülük yarışı keçiriləcək. Turnirin əsas məqsədi ölkədə üzgüçülük idman növünün inkişafına töhfə vermək, idmançılar arasında rəqabət mühitini gücləndirmək və onların yarış təcrübəsini artırmaqdır.

Yarışda iştirak etmək istəyən üzgüçülər yaş kateqoriyalarına uyğun olaraq müəyyən edilmiş minimum World Aquatics (WA) bal tələblərinə cavab verməlidirlər. 2016–2017-ci il təvəllüdlülər üçün minimum 150 WA, 2014–2015-ci il təvəllüdlülər üçün 200 WA, Open kateqoriyası üzrə isə minimum 280 WA balı tələb olunur.

“Ganja Cup” müxtəlif yaş qruplarından olan idmançıları bir araya gətirərək onların idman bacarıqlarını nümayiş etdirməsi və yeni nailiyyətlər qazanması üçün əlverişli imkan yaradacaq. Yarışın yüksək rəqabət şəraitində keçəcəyi və maraqlı mübarizə ilə yadda qalacağı gözlənilir.

Hazırda turnirin təşkilati işləri plan üzrə davam etdirilir. Yarışın yüksək səviyyədə təşkili, iştirakçılar üçün əlverişli şəraitin yaradılması və üzgüçülük idman növünün daha da populyarlaşdırılması əsas prioritetlər sırasındadır.

 Daha ətraflı məlumat və qeydiyyat üçün: https://tinyurl.com/y8t8vbcv

 

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Gəncə İdman Sarayı Gəncə İdman Sarayı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər