Çimərlik voleybolu üzrə ölkə birinciliyi

4 avqust 2026 - 8 avqust 2026

10:00

Tədbir haqqında:

4-8 avqust 2026-cı il tarixlərində çimərlik voleybolu üzrə ölkə birinciliyi təşkil olunacaq. Yarışın ilkin mərhələsi Bakı Su İdmanı Sarayında, final mərhələsi isə Sea Breeze ərazisində keçiriləcək.

Ölkənin müxtəlif regionlarını təmsil edən komandaların iştirak edəcəyi birincilikdə idmançılar qalib adı uğrunda gərgin mübarizə aparacaqlar. Yarış çimərlik voleybolunun inkişafına, rəqabət mühitinin gücləndirilməsinə və perspektivli idmançıların müəyyənləşdirilməsinə xidmət edəcək.

Birinciliyin keçirilməsində əsas məqsəd çimərlik voleybolunun kütləviliyinin artırılması, idmançıların yarış təcrübəsinin zənginləşdirilməsi və milli komanda üçün ehtiyat idmançıların seçilməsidir.

Yarışın yekununda qalib və mükafatçılar müvafiq yerlər üzrə medal, diplom və kuboklarla təltif olunacaqlar.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Sea Breeze Beach Sea Breeze Beach
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər