“Kürü keçək?!” açıq suda üzmə yarışı

31 avqust 2025 - 31 avqust 2025

13:00

Tədbir haqqında:

Avqustun 31-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə açıq suda ənənəvi kütləvi üzmə yarışı keçiriləcək. Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutacaq “Kürü keçək?!” adlı yarış Azərbaycan Ordusunun rəşadətli Zəfərinin 5 illiyinə həsr olunur.

Sayca 4-cü dəfə təşkil ediləcək yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik, 12 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Yarışda üzgüçülər 350 metrlik məsafəni qət edəcəklər. Yarışlar 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə keçiriləcək.

Yarışda iştirak tamamilə ödənişsizdir. Lakin yerlər məhduddur və nəzərdə tutulmuş iştirakçı sayı tamamlandıqda qeydiyyat dayandırılacaq. Bütün iştirakçılar öncədən qeydiyyatdan keçməlidirlər.

Təşkilatçılar tərəfindən iştirakçıların nəqliyyatı və qidalanması təmin ediləcək. Yarışın qaliblərinə diplom, medal və müxtəlif hədiyyələr təqdim olunacaq.

 

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Kür Olimpiya Tədris-İdman Mərkəzi Kür Olimpiya Tədris-İdman Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

İştirakçılar

Nəticələr

Digər tədbirlər