Çövkən üzrə dünya çempionatı

7 iyun 2026 - 13 iyun 2026

09:00

Tədbir haqqında:

1-14 iyun tarixlərində Azərbaycanda çövkən üzrə dünya çempionatı təşkil olunacaq. Mundialda 10 ölkənin komandası mübarizə aparacaq. Hazırda Azərbaycan, Türkiyə, Polşa, Özbəkistan, Qazaxıstan, Uruqvay, Çili, Küveyt, Niger və Nigeriyanın yarışda iştirakı təsdiqlənib.

Dünya çempionatı çövkən idman növünün beynəlxalq səviyyədə inkişafına və təbliğinə mühüm töhfə verəcək. Yarış çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan idmançılar ənənəvi atüstü oyunda qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, bu, Azərbaycanda keçiriləcək ikinci çövkən üzrə dünya çempionatıdır. Ölkəmiz ilk dəfə 2024-cü ildə bu mötəbər yarışa ev sahibliyi edib. Dünya çempionatının yüksək təşkilatçılıq səviyyəsində keçirilməsi və çövkənin beynəlxalq arenada daha da tanıdılması gözlənilir.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Binə Atçılıq Mərkəzi Binə Atçılıq Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər