Taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku”

6 sentyabr 2025 - 6 sentyabr 2025

10:00

Tədbir haqqında:

Sentyabrın 6-da Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” turniri təşkil olunacaq. Yarış Azərbaycan Taekvondo Federasiyası (ATF) və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Turnirdə 2008, 2009 və 2010-cu il təvəllüdlü gənc oğlanlar və qızlar olimpiya çəki dərəcələri üzrə mübarizə aparacaqlar.

Gənc oğlanların çəki kateqoriyaları: -48 kq, -55 kq, -63 kq, -73 kq, +73 kq.
Gənc qızların çəki kateqoriyaları: -44 kq, -49 kq, -55 kq, -63 kq, +63 kq.

35 klubdan 145 idmançının qatıldığı turnirdə maraqlı və gərgin qarşılaşmalar gözlənilir. Azarkeşlər üçün giriş sərbəstdir.

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

FHN İdman Sağlamlıq Mərkəzi FHN İdman Sağlamlıq Mərkəzi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər