Bakıda “European Aquatics” Konfransı

10 oktyabr 2026 - 10 oktyabr 2026

10:00

Tədbir haqqında:

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığıyla 10 oktyabr 2026-cı il tarixində Bakı şəhərində "European Aquatics" (Avropa Su İdmanı Federasiyası) konfransı keçiriləcək.

 Qitənin müxtəlif ölkələrindən olan federasiya rəhbərləri 2026-cı ilin "Dünya İdman Paytaxtı" olan Bakımızda bir araya gələcək, su idman növlərinin inkişafı ətrafında fikir mübadiləsi aparacaqlar, baş tutmuş və gələcək layihələri müzakirə edəcəklər. 

Bu tədbir Azərbaycan üçün həm beynəlxalq idman əməkdaşlığının gücləndirilməsi, həm də ölkəmizin üzgüçülük və digər su idman növləri dünyasında nüfuzunun artması baxımından böyük əhəmiyyət kəsb edir.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Bakı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər