QHT-lər üçün birgə qrant müsabiqəsi üzrə infosessiya keçiriləcək

25 sentyabr 2026 - 25 sentyabr 2026

15:00

Tədbir haqqında:

2026-cı il sentyabrın 25-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və QHT Agentliyinin QHT-lər üçün birgə qrant müsabiqəsinə dair infosessiya keçiriləcək. 

İnfosessiyada Gənclər və İdman Nazirliyinin və QHT Agentliyinin məsul şəxsləri iştirak edəcək. 

İnfosessiyada müsabiqə şərtlərinə uyğun olaraq, yalnız Nizamnamə məqsədlərində gənclərlə bağlı fəaliyyət istiqaməti olan QHT-lər iştirak edə bilər. 

Qeyd olunan QHT nümayəndələrindən 2026-cı il sentyabrın 22-si saat 00:00-dək aşağıdakı blankı doldurmaqla infosessiya üçün qeydiyyatdan keçmək xahiş olunur:

 

https://gencler.az/events/infosessiya-qrant

22 sentyabr saat 00:00-dan sonra daxil olan müraciətlər nəzərə alınmayacaq. 

 

Agentlik tərəfindən müraciətlər sistemləşdiriləcək və tədbirin keçiriləcəyi məkan barədə QHT-lərə məlumat veriləcək.

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Bakı Bakı
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr