“GəncFest 2” festivalı

22 dekabr 2026 - 22 dekabr 2026

00:00

Tədbir haqqında:

Dekabrın 22-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “GəncFest 2” festivalı keçiriləcək.

Festivalın əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq və fərdi bacarıqlarının üzə çıxarılması, eləcə də gənclər arasında ünsiyyət və əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

Tədbir çərçivəsində iştirakçılar üçün müxtəlif maraqlı fəaliyyətlər, əyləncəli proqramlar və interaktiv zonaların təşkili nəzərdə tutulur.

“GəncFest 2” gənclərin bir araya gəlməsi, yeni dostluqlar qurması, öz bacarıqlarını nümayiş etdirməsi və unudulmaz anlar yaşaması üçün geniş imkan yaradacaq.

Festival dekabrın 22-də saat 12:00-dan 17:00-dək Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Gəncləri festivalda iştirak etməyə dəvət edirik!

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Tofiq Bəhramov adına Respublika Stadionu Tofiq Bəhramov adına Respublika Stadionu
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr