
İslam dünyasının "Gənclər Paytaxtı" yenidən gəncləri bir araya gətirir
1 dekabr 2024
- 6 dekabr 2024
Tədbir haqqında:
İslam dünyasının "Gənclər Paytaxtı" yenidən gəncləri bir araya gətirir!
Bildiyiniz kimi, Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər Paytaxtı” seçilib. İslam dünyasının “Gənclər Paytaxtı”nın bağlanış mərasimi dekabrın 4-də Şuşa şəhərində keçiriləcək.
Həmçinin, Şuşa şəhərində “Şuşa Beynəlxalq Gənclər Festivalı”, “Şuşa yaradıcılıq emalatxanası”, “İslam dünyası gənc klassik musiqi ifaçılarının Beynəlxalq Festival-Müsabiqəsi”, “Yaradıcılıq marafonu”, “Oyun texnologiyaları mövzusunda sammit-G-Hub”, “SİNA - İslam ölkələrinin gənc alimlərinin forumu”, “İƏT ölkələrinin Gənclər Təşkilatlarının Forumu” təşkil olunacaq.
İslam ölkələrinin gənclərinin Azərbaycana səfəri 1-6 dekabr tarixlərini əhatə edəcək. Tədbirlərdə İƏT-ə üzv və müşahidəçi ölkələrin 300-ə yaxın rəsmi nümayəndələri, gənclər və könüllülər iştirak edəcəklər.
Qeyd edək ki, Prezident İlham Əliyev 17 aprel 2024-cü il tarixində “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
#ShushaOIC #OICYouthCapital
#ShushaYouthCapital #Shusha2024 #AZEyouth #birkimibirlikdə
Ünvan:
Xəritə üzərində:
İstiqamət:
Əlaqə vasitələri:
Yarışı paylaş: