Gənc turizm liderləri II

20 iyun 2025 - 22 iyun 2025

Tədbir haqqında:


Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə 20-22 iyun 2025-ci il tarixlərində Quba şəhərində, Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Gənc turizm liderləri II” adlı düşərgə keçiriləcək.

Düşərgənin əsas məqsədi gənclərin turizm sahəsində bilik və bacarıqlarını artırmaq, innovativ ideyalarının formalaşmasına dəstək vermək, onları liderliyə təşviq etmək və ölkənin turizm potensialının tanıdılmasında fəal iştiraklarını təmin etməkdir. 

Düşərgədə  ali təhsil müəssisələrində turizm sahəsində təhsil alan tələbələr iştirak edəcəklər. Tələbələri master-klasslar, real layihələr üzərində praktiki tapşırıqlar, komanda işi, əməkdaşlıq və liderlik bacarıqlarının inkişafı gözləyir.

 

#gin #birkimibirlikdə #GəncTurizmLiderləri #Düşərgə2025 #GənclərÜçün #weekend

 

Ünvan:

Quba Olimpiya İdman Kompleksi

Xəritə üzərində:

İstiqamət:

Quba Olimpiya İdman Kompleksi Google Maps’də aç Waze’də aç

Əlaqə vasitələri:

Yarışı paylaş:

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr