
Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı
28 avqust 2025
- 30 avqust 2025
10:00
Tədbir haqqında:
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı start götürdü
Avqustun 28-də Bakı şəhərində kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı öz işinə başladı. Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə keçirilir.
Çempionatda Azərbaycanın müxtəlif bölgələrindən 66 ən güclü oxatan iştirak edir. İdmançılar üç gün ərzində fərdi və komanda yarışlarında güclərini sınayaraq medal uğrunda mübarizə aparacaqlar.
Avqustun 28-də məşq sessiyaları, 29-da sıralama atışları baş tutacaq. Böyük final isə avqustun 30-da keçiriləcək və ölkənin ən güclü oxatanları müəyyən olunacaq.
Yarış Bayıl stadionunda (ASCO Arena) təşkil olunub. Azarkeşlər üçün giriş sərbəstdir.
Əlaqə vasitələri:
Yarışı paylaş:
Xəritə üzərində:
İstiqamət: