“Kreativ gənclər II” düşərgəsi

16 may 2025 - 18 may 2025

10:00

Tədbir haqqında:

Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birgə 16-18 may 2025-ci il tarixlərində Quba şəhərində Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində “Kreativ gənclər II” düşərgəsi keçiriləcək.

Düşərgənin məqsədi yaradıcı potensiala malik gəncləri bir araya gətirərək onların mədəni və bədii inkişafını dəstəkləmək, incəsənət sahəsində bilik və bacarıqlarını artırmaq, gənclər arasında əməkdaşlıq və şəbəkələşmə imkanlarını genişləndirmək, eləcə də mədəniyyətə və incəsənətə marağı artırmaqdır.

Düşərgədə Azərbaycan Milli Konservatoriyasının, Bakı Musiqi Akademiyasının, Bakı Xoreoqrafiya Akademiyasının və ADMİU nəzdində Humanitar Kollecin tələbələri iştirak edəcəklər. Düşərgədə tələbələri yaradıcılıq və dizayn üzrə master-klasslar, komanda oyunları və maraqlı yarışlar, musiqi, rəqs, incəsənət fəaliyyətləri, həmçinin təbiət qoynunda unudulmaz və əyləncə dolu anlar gözləyir.

 

Əlaqə vasitələri:

Yarışı paylaş:

Xəritə üzərində:

İstiqamət:

Quba Olimpiya İdman Kompleksi Quba Olimpiya İdman Kompleksi
Telefon: 187

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr