“Baku Open 2024” şahmat festivalı

28 iyun 2024 - 7 iyul 2024

Tədbir haqqında:

28 iyun - 7 iyul 2024-cü il tarixlərində Bakı İdman Sarayında “Baku Open 2024” şahmat festivalı keçiriləcək. A və B qruplarından ibarət olacaq.
A qrupunda:
1. 1 iyun 2024-cü il tarixində beynəlxalq əmsalı 2100 və yuxarı olan kişi şahmatçılar;  
2. 1 iyun 2024-cü il tarixində beynəlxalq əmsalı 1800 və yuxarı olan qadın şahmatçılar 
iştirak edə bilər.
B qrupunda:   
Beynəlxalq əmsalı olan 2012-ci il təvəllüdlü və daha kiçik şahmatçılar iştirak edə bilər.

A qrupunda turlar 29 iyun - 7 iyul tarixlərində saat 15:00-da, B qrupunda isə 10:00-da başlayır. Yarışın açılış mərasimi 29 iyun tarixində saat 14:30-da, bağlanışı isə 7 iyul tarixində saat 20:00-da olacaq.
“Baku Open 2024” FİDE-nin (Beynəlxalq Şahmat Federasiyası) Oyun Qaydalarına” əsasən İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçiriləcək.

Ünvan:

Bakı İdman Sarayı

Xəritə üzərində:

İstiqamət:

Bakı İdman Sarayı Google Maps’də aç Waze’də aç

Əlaqə vasitələri:

Yarışı paylaş:

Faydalı məlumatlar

Proqram

İştirakçılar

Nəticələr

Digər tədbirlər