
“Archivision 2” adlı düşərgə
30 may 2025
- 1 iyun 2025
Tədbir haqqında:
Gənclər və İdman Nazirliyi və Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən AzMİU Tələbə Gənclər Təşkilatı və İtaliya - Azərbaycan Dizayn Mərkəzi ilə birgə tələbələr üçün 30 may - 1 iyun 2025-ci il tarixlərində Quba şəhərində Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində “Archivision 2” adlı düşərgə keçiriləcək.
Düşərgənin keçirilməsində məqsəd memarlıq və dizayn sahəsində təhsil alan tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirmək, yaradıcı düşüncə və peşəkar dizayn yanaşmalarını inkişaf etdirməkdən ibarətdir.
Düşərgədə müxtəlif ali təhsil müəssisələrində memarlıq və dizayn sahəsində təhsil alan tələbələr iştirak edəcəklər. Tələbələri yaradıcılıq və dizayn üzrə master-klaslar, real layihələr üzərində praktiki tapşırıqlar, komanda işi təcrübəsi, həmçinin təbii məkanda yaradıcı mühit fürsəti gözləyir.
Ünvan:
Xəritə üzərində:
İstiqamət:
Əlaqə vasitələri:
Yarışı paylaş: