Şahlar Mustafayevin xatirəsinə həsr olunmuş sambo turniri
10 iyul 2026
- 12 iyul 2026
10:00
Tədbir haqqında:
10-12 iyul 2026-cı il tarixlərində Qusar Olimpiya İdman Kompleksində sambo üzrə kiçik yaşlı yeniyetmələr arasında əməkdar məşqçi Şahlar Mustafayevin xatirəsinə həsr olunmuş açıq turnir keçiriləcək.
Yarışın məqsədi Şahlar Mustafayevin Azərbaycan idmanının inkişafındakı xidmətlərini yad etmək, onun zəngin məşqçilik irsini gənc nəslə tanıtmaq, eyni zamanda sambo idman növünün kütləviliyinin artırılmasına və perspektivli idmançıların üzə çıxarılmasına dəstək verməkdir. Turnirdə ölkənin müxtəlif şəhər və rayonlarından olan idmançıların iştirakı gözlənilir.
Üç gün davam edəcək yarışda iştirakçılar müxtəlif çəki dərəcələri üzrə mübarizə aparacaq, qaliblər və mükafatçılar medal və diplomlarla təltif olunacaqlar. Turnirin gənc samboçuların yarış təcrübəsinin artırılması, ustalıq səviyyələrinin yüksəldilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır.
Əlaqə vasitələri:
Yarışı paylaş:
Xəritə üzərində:
İstiqamət:
Azərbaycan Sambo Federasiyası
Ödənişsiz
Ödənişsiz