Güc idman növləri üzrə ölkə kuboku
19 sentyabr 2025
- 21 sentyabr 2025
10:00
Tədbir haqqında:
19-21 sentyabr 2025-ci ildə Abşeron Olimpiya İdman Kompleksində güc idman növləri üzrə ölkə kuboku baş tutacaq. Yarışda stronqmen, strikt-körl, benç-press, didlift, stritliftinq və armliftinq üzrə ölkənin ən güclü idmançıları birincilik uğrunda mübarizə aparacaqlar. Bu yarış güc və dözümlülüyün nümayişi olmaqla yanaşı, gənclərin idmana marağının artırılması baxımından da əhəmiyyətli hesab olunur.
Yarış Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək. Sonda qaliblərə müxtəlif medal və mükafatlar təqdim olunacaq.
Tədbirə giriş sərbəstdir. Gəlin bu həyəcanı birlikdə yaşayaq!
Əlaqə vasitələri:
Yarışı paylaş:
Xəritə üzərində:
İstiqamət:
Azərbaycan Bodibildinq və Fitnes Federasiyası
Ödənişsiz